Avtobuslarda kondisioner koronavirisa görə qoşulmur – Ekspert “bu, təhlükəlidir” deyir

TƏBİB-in tövsiyəsinə əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt avtobuslarında havanı daxildə dövr etdirən kondisionerlərin işə salınmasına məhdudiyyət qoyulub.
İnfeksionist Azər Nağıyev Sfera.az-a verdiyi açıqlamada TƏBİB-in bu tövsiyəsinin hazırkı şəraitə uyğun olduğunu bildirib:
"Avtobuslardakı kondisionerlərin hansı texniki parametrlərlə çalışdığını dəqiq deyə bilmərəm. Lakin kondisionerlərin avtobusların salonlarında havanı dövr etdirməsi pandemiya dövründə təhlükəli ola bilər. Belə ki, avtobusda virusa yoluxmuş xəstə olarsa, o, digərlərini də yoluxdura bilər. Koronavirus həm insanlara yaxın təmas vasitəsilə keçə bilər, həm də bu cür hava yolu ilə. Burda kondisionerlərə qadağa qoyulmasının başqa səbəbinin olduğunu düşünmürəm. Çünki əslində, insan istidə tərləyəndə və sonra avtobuslarda pəncərəni açıq qoyanda xəstələnə bilər. Kondensioner işləyən şəraitdə isə belə bir ehtimal yoxdur. Odur ki, avtobuslarda kondisionerlərin işləməsinə qadağa qoyulması onlarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olması səbəbi ilə verilə bilər. Düşünürəm ki, belə olduğu təqdirdə bu yerində verilmiş bir qərardır”.
Xatırladaq ki, bu gün BNA-dan verilən açıqlamada TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulduğu bildirilib. Qeyd edilib ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










