Avtobuslardakı kart aparatları ilə bağlı PROBLEM

Bakı avtobuslarında Bakıkartdan ödənişlə bağlı problem var. Söhbət Lökbatan -“28 May” metrostansiyası üzrə hərəkət edən 125 saylı və Sahil qəsəbəsi -"Sahil" metrostansiyası üzrə hərəkət edən 149 saylı marşrutlardan gedir. Son vaxtlar həmin avtobuslarda “Bakıkart”ın tətbiq olunduğu aparatlar normal işləmir.
Avtosfer.az xəbər verir ki, bu barədə bizim.media-ya müraciət edən sərnişinlərin sözlərinə görə, kart tətbiqi zamanı aparatda çıxılan və qalıq məbləğ görünmür. Sərnişin ödəniş edərkən gediş haqqının çıxılmadığını zənn edir və onu təkrarən cihaza yaxınlaşdırır. Nəticədə kartdan bir dəfəlik deyil, bir neçə dəfəlik gediş haqqı çıxılır.
Qeyd edək ki, 149 saylı marşrut xətti üzrə gediş haqqı 70 qəpik, 125 saylı marşrut xətti üzrə gediş haqqı isə 60 qəpikdir.
Şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən bildirildi ki, onlara bu haqda şikayət daxil olmayıb:
“Bu gün bizə belə bir şikayət gəlməyib. Ötən həftə belə problemlər yaranmışdı. Bəzi validatorlarda problem var idi, məbləğ çıxılmırdı. Biz də bu haqda açıqlama verdik. Bildirdik ki, “Bakıkart”ın texniki tamamlanması işləri gedir, ona görə belə problem yaranmışdı və o, həll olundu. Amma bu gün qeyd etdiyiniz şikayət gəlməyib. Deyilənləri araşdıracağıq”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












