Avtobusların gündəlik planı necə müəyyənləşir? - VİDEO

Bəzi daşıyıcı şirkətlərin sürücülər qarşısında qoyduqları gündəlik plan pulu ilə bağlı şərt sürücülərin etirazına səbəb olur. Məsələn, bir neçə gün əvvəl Sumqayıtda 10 A saylı marşrutu üzrə hərəkət edən avtobusların sürücüləri məhz elə bu səbəbdən səhər saatlarından işə çıxmaqdan imtina etmişdilər.
''Sumqayıt Nəqliyyat -1'' MMC-nin balansındakı 12 marşurt xəttində olan hər bir avtobus sürücüsü gündəlik plan pulu ödəyirlər.
MMC-nin qaraj rəisi Sirac Səfərov deyir ki, avtobusların əksəriyyəti kreditlə alındığına görə sürücülərin ödədikləri plan pulu kreditə ödənilməklə yanaşı, avtobusların təmirinə xərclənir və qarajda çalışan əməkdaşlara əməkhaqqı qismində verilir. Sirac Səfərov onu da bildirir ki, yaxın vaxtlarda Sumqayıtda marşrut avtobusları kart sisteminə keçəcək və bu kimi problemlər yaşanmayacaq. Sumqayıtda plan pulunun çox olmasına sürücülərin etirazı ilə nəticələnən bu hadisə bir məsələni aktuallaşdırır. Qaydalara görə marşurt avtobuslarının sürücüləri daşıyıcı şirkətə gündəlik plan pulu ödəməlidirlərmi? Ümumiyyətlə, plan pulu ilə bağlı standart varmı?
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, istər yol hərəkəti, istərsə də avtomobil nəqliyyatı haqqında qanunlarda bu məsələ ilə bağlı heç bir müddəa və standart yoxdur.
Onun sözlərinə görə, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs yaradılması ilə bağlı qərara əsasən, Sumqayıt şəhər nəqliyyatı bu quruma təhvil verilməli idi. Lakin nədənsə hələ də təhvil-təslim işləri gecikdirilir.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










