Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Ölkə üzrə koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində bir sıra tədbirlər görülür. İnsanların bir-biri ilə təması, ünsiyyəti minimuma endirilir. Xüsusilə 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxması qadağan edilib.
Lakin maraqlı məqamlardan biri bəzi sərnişindaşıma avtobuslarında hələ də ödənişin nəğd qaydada aparılmasıdır.
Ölkə üzrə bütün sərnişindaşıma avtobuslarının kart sisteminə keçirilməsi istiqamətində tədbirlər davam etdirilirdi.
Bəs görəsən mövcud vəziyyətlə əlaqədar olaraq, bu prosesin bir qədər sürətləndirilməsi gözlənilirmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus xətlərinin “BakıKart”a inteqrasiyası ilə bağlı işlər plana uyğun şəkildə davam etdirilir:
“Hazırda əsas diqqət əksepidemik tədbirlərə yönəldilməsinə baxmayaraq, bu istiqamətdə də tədbirlər görülür. Nəzərinizə çatdırım ki, bütün həyat əhəmiyyətli qurumlarda olduğu kimi bizdə də işlər xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla davam etdirilir. Eyni zamanda bu cür epidemik vəziyyət özü də bir daha sübut edir ki, nağdsız ödəniş sistemlərinin tətbiqi zəruridir”.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












