Avtomobil etirazçıların üzərinə sürüldü; 3 yaralı - FOTO

ABŞ-ın Nyu-York şəhərində avtomobil “Times Square” meydanında keçirilən “Black Lives Matter” etiraz aksiyası iştirakçılarının üzərinə sürülüb. Hadisə nəticəsində üç nəfər yüngül xəsarət alıb.
Roçester şəhərində Afrika əsilli amerikalının polis tərəfindən qətlə yetirilməsindən sonra “irqi ədalət” tələbi ilə aksiyada iştirak edən 300-ə yaxın etirazçı velosipedlərdən sədd quraraq hərəkəti dayandırmağa çalışıb.
Yerli polis idarəsinin məlumatına görə, “Ford Taurus” markalı avtomobilin sürücüsü səddə yaxınlaşaraq dayanıb, sonra isə avtomobili etirazçı kütləsinin üzərinə sürərək üç velosipedçini yaralayıb.
Hüquq-mühafizə orqanları sükan arxasında oturan şəxsin ABŞ Prezidenti Donald Trampın tərəfdarı olduğunu bildirib. Hazırda insidentlə bağlı təhqiqat başlayıb.
Artıq üçüncü aydır ki, Portlend şəhərində də etiraz aksiyaları və iğtişaşlar səngimək bilmir. Hüquq-mühafizə orqanları müxtəlif vaxtlarda aksiyaları qiyam adlandırıb və həbslər həyata keçirib. (AZƏRTAC )
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












