Avtomobil kirayəsindən əldə olunan gəlir yarıbayarı azalıb

Koronavirus pandemiyası fonunda bir tərəfdən neftin qiymətlərinin kəskin azalması, digər tərəfdən, COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyət tədbirləri milli iqtisadiyyata ciddi zərbə vurub. Bir çox sektorlarda durğunluq və kiçilmə əlamətləri müşahidə olunur. Təbii ki, məhdudiyyətlər avtomobil kirayəsi bazarına da təsirsiz olmayıb.
Bununla əlaqədar nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtomobil kirayəsi bazarında bu gün faktiki olaraq durğunluq hökm sürür.
“Bu sektorda tələbin əhəmiyyətli hissəsi toy, nişan kimi mərasimlər və turizm sektorunun hesabına formalaşırdı. Lakin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərdən dolayı, ölkə ərazisində şadlıq saraylarının fəaliyətinə və Azərbaycana xaricdən səfərlərə müvəqqəti qadağa qoyuldu. Nəticədə avtomobil kirayəsi sektorunun 70-80%-i durğunluq yaşayır.

Bu sektorun dirçəlməsi bilavasitə yuxarıda qeyd edilən qadağaların aradan qaldırılması ilə bağlı olacaq. Lakin burada vəziyyət birmənalı olmayacaq. Belə ki, istənilən böhranlı durum qlobal mənada istehlaka təsir edir. Gəlirlərin azalması fonunda insanlar xərclərini optimallaşdırmağa çalışırlar və qənaət rejiminə keçirlər. Məsələn, pandemiyadan əvvəl çox sərbəst şəkildə "gəlin maşını"nı 200 manata kirayələyən şəxs indi daha ucuz variant axtaracaq. Yəni bu sektordakı şirkətlərin ən azından iqtisadiyyatın bərpasının ilkin mərhələsində əvvəlki səviyyədə gəlir götürəcəkləri inandırıcı görünmür", - ekspert deyib.
Onun sözlərinə görə, indidən bunu izləmək mümkündür: "Belə ki, bəzi şirkətlər qiymətləri əhəmiyyətli dərəcədə aşağı salıb. Karantin rejimindən əvvəl "toy karvanı" üçün bir maşını 200-300 manata kirayə verənlər indi 4-5 maşını 400-500 manata təklif edirlər".
O, xaricdən səfərlərə tətbiq olunan qadağalara da münasibət bildirərək vurğulayıb ki, sərhədlərin turistlərin üzünə açılmasından sonra axın əvvəlki səviyyədə olamayacaq: "Ən azından ilk vaxtlarda insanlar səyahətlərə əvvəlki kimi təşəbbüs göstərməyəcəklər. Bu mənada hesab edirəm ki, kirayə avtomobil bazarındakı çətinliklər yaxın aylarda mövcudluğunu qoruyacaq”.
Nəqliyyat və logistika sferasında fəaliyyət göstərən “ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı avtomobil kirayəsindən əldə etdikləri gəlirin yarıbayarı azaldığını diqqətə çatdırıb.

“Bizim əsas müştəri bazamız mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdir. Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq, müştərilərimiz ofis işçilərinin evdən işləməsinə qərar verdilər. Nəticədə martın ortalarından aktiv layihələr üzrə avtomobillərə tələb azalmağa başladı. Bu hal, demək olar, bütün müştərilərlə bağlı baş verdi", - direktor vurğulayıb.
O deyib ki, avtomobil parkının 50%-ə yaxını kənardan cəlb etdiyimiz nəqliyyat vasitələridir: "Mövcud durumda tərəfdaşlarımızdan götürdüyümüz avtomobillərin 30%-ni geri qaytarmaq məcburiyyətində qaldıq. Beləliklə, pandemiyadan əvvəlki dövrə nisbətən kirayə verdiyimiz avtomobil sayı və müvafiq olaraq gəlirlərimiz yarıbayarı azaldı”.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










