Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı

Bakı sakininə məxsus avtomobil oğurlanıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə ötən gün axşam saatlarında Bakının Nizami rayonu, Keşlə qəsəbəsində paytaxt sakininə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması ilə bağlı məlumat daxil olub.
Müraciət əsasında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan axtarış nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, 1992-ci il təvəllüdlü R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birlikdə müəyyən olunaraq saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, R.Mikayılov əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham edilib və həbs olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











