Avtomobil oğurluğu edən dəstə zərərsizləşdirildi

Bakının Binəqədi rayonunda avtomobil oğurluğu edən mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib. Avtosfer.az xəbər verir ki, yanvarın 6-da rayonunun Biləcəri qəsəbəsindən yerli sakin Şükür Zülfəliyevə məxsus “VAZ-21015” markalı avtomobil qaçırılıb.
Avtomobilin həmin gün Bakı-Quba yolunda hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Quba rayonu ərazisində saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Sərxan Əhmədov və sərnişinləri, paytaxt sakinləri Zülfüqar Hüseynov, Valeh Şükürov və Günel Şahhüseynova Quba Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












