Avtomobil quldurları tutuldular - FOTO

Bakıda kriminal gecənin “qəhrəmanları” tutuldular. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, ötən gün 53 yaşlı İntiqam Ağayev "20 Yanvar" metro stansiyasının ərazisində "Hyundai" markalı avtomobili ilə taksi fəaliyyəti göstərən zaman iki nəfərin hücumuna məruz qalıb. İntiqam Ağayevin maşınına müştəri qismində əyləşən iki nəfər onları Abşeron rayonunda "At yalı" deyilən yerə aparmasını xahiş ediblər. Deyilən əraziyə çatanda müştərilər taksi sürücüsünə qarşı zor tətbiq ediblər.
Əl nahiyəsindən bıçaq xəsarəti alan İntiqam Ağayevin daha sonra əl-qolu bağlanaraq maşının yük yerinə qoyulub. Bundan sonra avtomobilin sükanı arxasına keçən cinayətkarlar sürücünü yoldan kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. Sürücü yaxınlıqdan keçənlərin köməkliyi ilə hadisə barədə polisə və ailə üzvlərinə məlumat verib. Qaçırılan maşında İntiqam Ağayevin iki ədəd mobil telefonu və şəxsi sənədləri olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 28-də İntiqam Ağayevin “Hyundai” markalı avtomobilini quldurluq yolu ilə almış şəxslər qandallanıblar. Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və Laçın rayon sakini İlqar Abbasov tutulublar.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI













