Avtomobil yollarının keyfiyyətli tikintisi məqsədilə keçirilən ixtisasartırma kursları başa çatıb - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən avtomobil yollarının yüksək keyfiyyətlə tikintisi və uzunömürlü istismarı məqsədilə təşkil edilən ixtisasartırma kursları uğurla yekunlaşıb.
Agentlikdən Avtosfer.az-a bildirilib ki, ixtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.
Kurslarda layihəçilər, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb.
Tədris 40 saatlıq proqram əsasında “Yol inşaat materiallarının laboratoriya sınaqları”, “Avtomobil yollarının tikintisi” (mexanizator, avtoqreyder və s.), “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, “Layihə-axtarış işləri” kimi mövzuları əhatə edib.
Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO














