Avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə tütün məmulatlarının və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdikləri "Vaz 21074", "Mercedes Benz E 240" və "Chevrolet Cruze" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyanedilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 2400 ədəd "King", 3800 ədəd "Marlboro" markalı siqaretlər və üzərində "Neft" yazısı olan 27 ədəd 0,7 litrlik spirtli içki aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI














