Avtomobillərdən oğurluq edən paytaxt sakini saxlanılıb - Bakıda

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Göyçay rayon sakini F.Atakişiyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İsgəndərov rayon polis idarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Aparılmış tədbirlər nəticəsində onun daha altı avtomobildən ümumilikdə altı mobil telefon oğurlaması da müəyyənləşdirilib.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayondakı evlərin birindən 2000 ABŞ dolları və 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov yaxalanıb.
Xətai rayonunda Bakı şəhər sakini T.Qurbanovanın pulqabısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şamaxı rayon sakini V.Bağırov rayon polis idarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq Musayev
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










