"Avtomobillərin gömrük rüsumu aşağı salınsın" - Ekspertdən TƏKLİF

"10 ildən artıq istifadə müddəti olan nəqliyyat vasitələrinin, yəni minik avtomobillərinin ölkəyə gətirilməsinin qadağan edilməsi gözlənilən idi".
Bunu Redaktor.az-a nəqliyyat eksperti Elməddin Muradlı zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsinin məhdudlaşdırılması barədə Nazirlər Kabinetinin qərarını şərh edərkən bildirdi.
"Çünki bununla bağlı artıq bir neçə ölkə öz qanunlarını dəyişib, qərarlar qəbul edib. Azərbaycan da dünyanın bir parçasıdır və bu qərarlardan bəhrələnməli idi. Belə bir qərar verməli idi və qərar artıq dünən verildi. 30 gün müddətində qüvvəyə minəcək. Bundan əvvəl belə təkliflər olub. Hətta bildiyim qədəri ilə hökumətə belə təkliflər ilk dəfə veriləndə beş il müddət götürülmüşdü. Sonradan bunu yeddi-səkkiz il kimi müzakirə etdilər. Amma hökumət indi insanları nəzərə alaraq 10 il müddət götürüb. Yəni əslində bu çox normaldır. Sadəcə olaraq bununla paralel müəyyən addımların da atılması lazımdır. Yəni avtomobil parkının yenilənməsini biz başa düşürük. Yol hərəkəti təhlükəsizliyi baxımından önəmlidir. Çünki qəzalı və zərbələrə məruz qalmış avtomobillərin Azərbaycana gətirilməsi təhlükəsizliyimizə sadəcə təhdiddir. Bu istiqamətdə bu addımları atmaqla bunların qarşısını ala bilərik" - deyə, o, qeyd etdi.
Ekspertin fikrincə, gələcəkdə gömrük rüsumlarına bir daha baxmaq lazımdır:
"Çünki o avtomobil parkı yeniləndikcə, yeni avtomobillər də baha olur. Azərbaycanda əlçatanlıq təmin edilməlidir. Yəni belə olan halda təbii ki, bazara təsir göstərəcək. İli 10 ildən köhnə olan maşınların qiyməti qalxa bilər. Çünki xaricdən gətirə bilməyəndə məcburdur ki, burdakılardan alsın. Qiymətlər bahadır. Kreditləşmə məsələsinə baxılmalıdır. Təzə avtomobildən söhbət gedirsə, sözsüz ki, burada kredit şərtləri də yaxşı olmalıdır. Sərfəli, əlçatan olmalıdır ki, insanlar öz avtomobilini yeniləyə bilsinlər. Təzə avtomobil ümumiyyətlə, ətraf mühitin qorunması üçün önəmlidir. Yol hərəkəti təhlükəsizliyi baxımından önəmlidir. Qəzalar zamanı, yəni insanların sağ qalması, təhlükəsizlik sisteminin yeni olması arzuolunandır. Bütün dünya buna çalışır. Hətta bəzi ölkələr 2035-ci ildə, ümumiyyətlə, benzin mühərrikli avtomobil istehsal etməyə, istismar etməyə qadağa qoyur. Biz hələ ili 10 il götürürük. Yəni bizim daxili istehsalımız zəifdir".
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










