Avtovağzalda dezinfeksiya işləri belə aparılır - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksində zəruri tədbirlər və dezinfeksiya işləri avtonəqliyyat vasitələrinin salonunda, perronlarda, kassalarda gözləmə zallarında, məlumat mərkəzində, sanitar qovşaqlarında nəqliyyat qovşağında və orada yerləşən ictimai-iaşə obyektləri, hostel, otel, yanacaqdoldurma məntəqəsi, texniki müayinə otaqları, tibb otağı və “Şəbəkə xidmət Mərkəzi”ndə hər gün həyata keçirilir.
Koronavirusla bağlı olaraq təxirə düşən reyslər və sərnişinlərdə yarana biləcək digər suallarla bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406-01-58/59 nömrəli Məlumat mərkəzi 24 saat ərzində xidmət göstərir.
Son 14 gün ərzində İran İslam Respublikasında olan vətəndaşlar Azərbaycan-Gürcüstan sərhədindən buraxılmayacaq. Bu məlumat həm kassaların üzərində, həm də saytda yerləşdirilib.
Həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən avtobuslarda 3 gündən bir aparılan dezinfeksiya işləri yaranan vəziyyətlə bağlı hər gün yerinə yetirilir.
Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə edilir.
Orxan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












