Avtovağzaldakı pulsuz duracaqda 200-dək taksi dayana bilər

Paytaxt ərazisində tıxacın azaldılması, xaotik vəziyyətin aradan qaldırılması və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə Bakının müxtəlif yerlərində, xüsusən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ətrafında taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıları uyğun məkana cəlb etmək üçün BBAK ərazisində “Minik taksiləri üçün duracaq yer” müəyyənləşib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, Nəqliyyat Qovşağında ayrılmış sahədə 200-dək taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Taksi avtomobilləri tam ödənişsiz şəkildə ərazidən istifadə edə bilirlər.
"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda dayanan, hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli yerlərdə fəaliyyət göstərən taksilərə qarşı isə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülür.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, daşıyıcı sifariş gözləyərkən taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir.
Hazırda Bakı Taksi Xidmətinin nəqliyyat vasitələri taksilər üçün duracaq yerindən istifadə edirlər", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan taksilər üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində ödənişsiz duracaq yeri təşkil edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












