Avtoxuliqanların nəzərinə: Yol polisi sizi hər yerdə izləyir

Son günlər ölkədə tətbiq olunan xüsusi karantin rejimindən istifadə etməyə çalışan bəzi sürücülər avtoxuliqanlıq etməyə cəhd göstərir və öz görüntülərini sosial şəbəkələrdə yaymaqla guya "qəhrəmanlıq" nümayiş etdirirlər. Əslində isə onların bir neçəsi artıq yol polisi tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Bəziləri həbs olunub, bəziləri məhkəmə tərəfindən maddi cərimə ilə cəzalandırıb. Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, bu gün sürücülər hər cür fürsətden yararlanmağa çalışır və yol hərəkəti qaydalarını pozmaqla öz məqsədlərinə çatmağı düşünürlər. "Bu əməllər heç də həmişə yaxşı nəticə vermir, əksər hallarda yol polisi əməkdaşları onları dərhal saxlayır və inzibati məsuliyyətə cəlb edir."
Elməddin Muradlı bildirib ki, yaranmış vəziyyətlə əlaqədar yollarda avtomobillərin sayı azalıb, bəzi küçə və prospektlər boşalıb hərəkət intensivliyi müşahidə olunmur. "Bəzi sürücülər bundan istifadə etməklə avtoxuliqanlıq etməyə çalışırlar və unudurlar ki, yol polisi karantin postlarında xidmətə cəlb olunsa da gündəlik iş rejimində davam etdirir. Təhlükəsiz şəhər kameraları vasitəsilə, eləcə də patrul avtomobili ilə xidmət aparan yol polisləri onların hərəkətinin qarşısını alır. Son günlər bir neçə belə fakt aşkarlanıb. Bakı şəhər ərazisində avtoxuliqanlığa cəhd göstərən şəxslərdə aşkar edilərək saxlanılıb. Ekspert deyir ki, belələrinin sayı çox olmasa da təəssüflər olsun ki, bu cür hallar aşkarlanır. "Amma cəzasız qalmırlar . Ona görə tövsiyə edirik ki, yeniyetmələr, gənc sürücülər, avtoxuliqanlığa meylli olan şəxslər bu əməllərindən çəkinsinlər və belə bir fikrə düşməsinlər. Çünki hadisə yerindən yayınsalar belə onsuz da yol polisi onları tapır və hər biri qanun qarşısında cavab verməli olurlar."
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










