Avtoyuma məntəqələrində kəskin qiymət fərqi nə ilə bağlıdır? - VİDEO

Bakıda, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi avtoyuma məntəqələrinin çox olması ilə diqqət çəkir. Məntəqələrin sayının çox olması bu sahədə qiymətlərə də təsir edib.
Avtosfer.az Xezerxeber.az-ə istinadən məlumatına görə, paytaxtın digər yerləri ilə müqayisədə burada avtomobillərin yuyulması daha ucuzdur. Sedan tipli avtomobillər 3, nisbətən iri, yəni "Jeep"lər isə 5 manata yuyulur. Halbuki paytaxtın əksər yerlərində qiymətlər 5 manatdan başlayır, bəzən 10-15 manata qədər qalxır.
Qiymətlərin belə ucuz olması sürücülərin işinə yarayır. Hətta uzaq yerlərdən bura avtomobilini yudurtmağa gələnlər də var. Yeni Yasamaldakı avtoyuma məntəqələrinin sahibləri bildirirlər ki, bu küçədə əvvəllər avtomobillərin yuyulması 5 manat və daha baha olub. Amma sonradan avtoyuma məntəqələrinin sayının kəskin artması qiymətlərin enməsinə səbəb olub.
Bakının Xətai rayonuda isə avtomobillərin yuyulması 7 manatdan başlayır. Qiymətin baha olmasının səbəbini soruşduqda isə, yuyucular bunu avtomobilləri daha yaxşı təmizləmələri ilə izah etdilər.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












