Axund dəfnə görə cərimələndi, məhkəmə cəzanı ləğv etdi

Zərdab rayonunda “Cümə” məscidinin axundu Şahsuvar Əmiraslanov barəsində karantin qaydalarını pozmağa görə inzibati protokol tərtib edilib.
O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimələnib.
Belə ki, Zərdab şəhər sakini Şahid Fərəcov dünyasını dəyişən həyat yoldaşı Afərim Fərəcovanın dəfn mərasiminin təşkili üçün axund Ş.Əmiraslanova müraciət edib.
Dəfn mərasimində axundla yanaşı 20 nəfərə yaxın kənd sakini də iştirak edib.
Axund İsaqbağı kənd qəbiristanlığında dəfn mərasimində iştirak etdiyi üçün Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən RPŞ-yə gətirilib və ona inzibati xəta haqqında protokol tərtib olunub.
Ş.Əmiraslanov bununla bağlı Zərdab Rayon Məhkəməsinə müraciət edib. O, müraciətində heç bir karantin qaydalarını pozmadığını və dəfn mərasimini karantin qaydalarına uyğun həyata keçirdiyini bildirib. Axund həmçinin dəfn mərasimində digər şəxslərin iştirakına görə məsuliyyət daşımadığını qeyd edib.
Hakim Tahir Qubadovun sədrliyi ilə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında işə baxılıb və həmin işin icraatına xitam verilib. (“Report”)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










