AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO

Bakı şəhəri, metronun "Neftçilər" stansiyasının ətrafında yerləşən avtobus dayanacaqlarından birinin qapısının qıfıllanması narazılığa səbəb olub. Yağışlı hava şəraitində sərnişinlərin dayanacaqdan istifadə edə bilmədiyi, sığınacaq olduğu halda çöldə gözləməyə məcbur qaldığı görünür. Kadrlardan aydın olur ki, dayanacağın qapısı xüsusi giriş sistemi ilə yanaşı, əlavə olaraq asma qıfılla bağlanıb. Bu isə xüsusilə əlverişsiz hava şəraitində sərnişinlərin rahatlığını məhdudlaşdırıb.
İtmiş və ya oğurlanmış avtomobil nömrələrinin dublikatı niyə verilmir? - EKSPERTDƏN TƏKLİF
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a bildirilib ki, bəzi hallarda dayanacaqlardan təyinatı üzrə istifadə olunmur:
"Bu dayanacaqlar bəzi insanlar tərəfindən gecələmək üçün istifadə olunur. Nəticədə həmin dayanacaqlarda natəmizlik yaşanır və bu da öz növbəsində sərnişinlərin narazılıqlarına səbəb olur. Buna görə də gecə saatlarında dayanacağın qapıları qapadılır ki, daha sonra səhər saatlarında təmizlik işləri aparılsın və dayanacaq yenidən istifadəyə verilsin. Bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır və aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılır".
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












