İtmiş və ya oğurlanmış avtomobil nömrələrinin dublikatı niyə verilmir? - EKSPERTDƏN TƏKLİF

Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir. Bəzi sürücülər itmiş nömrələrinin tapılması üçün elanlar verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur olurlar. Mövcud qaydalara əsasən, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi qeyri-mümkündür.
Leysan yağışlarında sürücülər avtomobillərinin itmiş dövlət qeydiyyat nişanlarını (nömrə) tapa bilmədikdə nə etməlidirlər? Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Patrul.az-a danışıb.
O bildirib ki, bu məsələ dəfələrlə gündəmə gəlsə də, hələ öz həllini tapmayıb:
“Artıq müasir texnologiyaların tətbiq olunduğu bir dövrdə yaşayırıq. Düşünürəm ki, bu məsələdə yumşaldıcı bir addım atılmalıdır. Bu, yol polisinin yox, Milli Məclisin işidir. Bu məsələ qanunvericilik səviyyəsində həll olunmalıdır. İtirilmiş, oğurlanmış və ya digər hallarda yoxa çıxmış avtomobil nömrələri dublikat şəklində yenidən sahibinə qaytarılmalıdır”.

Texnologiyanın kifayət qədər inkişaf etdiyini söyləyən ekspert əlavə edib ki, hər hansı bir şəxs oğurluq nömrə ilə uzağı yarım saat və ya bir saat dolaşa bilər:
“Azərbaycan polisi onu dərhal saxlayıb cəzalandırır. Amma bugünkü gündə qanunvericilik imkan yaratmır ki, polis bu nömrələrin dublikatını sahiblərinə verə bilsin. Son dövrlərdə bu vəziyyətdən istifadə edən cinayətkar şəbəkələr formalaşıb. Nömrələri oğurlayıb, onun yerinə öz mobil nömrələrini qeyd edərək vətəndaşı şantaj edirlər ki, pul verməsə nömrəni yox edəcəklər. Yaxın zamanda Sabunçuda, bundan əvvəl isə Nərimanov və digər ərazilərdə nömrə oğurluğu ilə məşğul olan şəxslər saxlanıldı. Ona görə də bu məsələnin həllinə, qanunvericilik səviyyəsində yumşaldıcı addımın atılmasına ehtiyac var”.
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA
Baş nazirdən DTX-yə aid qanunla bağlı DƏYİŞİKLİK
"BakıKart" qiyməti bahalaşdı
Bakıda bu ərazinin siması dəyişəcək – yeni binalar, kanat yolları, tramvay... - Söküləcək küçələrin ADLARI
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO










