Azad Rəhimovun oğlu: "Dəfn mərasiminə gəlməməyinizi xahiş edirik"

Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar oğlu, "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov paylaşım edib.
Avtosfer.az-ın məlumatına görə, Arif Rəhimov atasının ötən gün Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı ABŞ-da dünyasını dəyişdiyini bildirib.
"O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu" - deyə oğlu əlavə edib.
Arif Rəhimov qeyd edib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər, dövlətini sevən vətəndaş idi: "Atam babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı. Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi".
"Bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik" yazan Arif Rəhimov "Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyətə təşəkkür edirik. Allah rəhmət eləsin!", - deyə əlavə edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












