Azadlıq prospekti təmirə bağlanıb - Yol nə vaxt açılacaq? - VİDEO

Bakının Azadlıq prospekti təmirə bağlanıb.
Avtosfer.az-ın məlumatına görə, bu gün səhər saatlarından Azadlıq prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsi nəqliyyatın hərəkətinə bağlanıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları sözügedən prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində əsaslı təmir işlərinə başlayıblar. Həmin ərazidə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətiriləcək. Bununla yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunacaq, köhnə səki daşları yeniləri ilə əvəz ediləcək. Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının asfalt örtüyü hündürlüyünə qaldırılması işləri icra olunacaq. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd edək ki, yolda işlər iki gün aparılacaq və tam olaraq bazarertəsi istifadəyə veriləcək.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA











