AZAL bu gün daha 95 vətəndaşı ölkəyə gətirəcək

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.
Avtosfer.az xəbər verir ki, AZAL-dan Oxu.Az-a verilən məlumata görə, martın 21-nə keçən gecə Azal Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən Naxçıvana avtobuslarla gəlmiş 165 nəfər Azərbaycan vətəndaşı gətirilib. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.
Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə 333 vətəndaş ölkəyə gətirilib.
Bu gün 95 Azərbaycan vətəndaşı daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.
Mart ayının 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.
Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.
Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











