AZAL-ın təyyarəsinin konstruksiyasında kənar obyektlərin izləri aşkarlanıb

Hava gəmisində dəlib keçən zədələr onun konstruksiyasına kənar obyektlərin təsir etdiyini göstərir.
Avtosfer.az "Azərtac"a xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.
“Dəlib keçən zədələrin əksəriyyəti təyyarənin quyruq hissəsində – kil və stabilizatorda yerləşir. Vizual baxış zamanı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub”, - deyə hesabatda vurğulanıb.

Bildirilir ki, Braziliya və Azərbaycanın səlahiyyətli nümayəndələrinin və Qazaxıstan hüquq-mühafizə orqanlarının da iştirakı ilə İstintaq Komissiyası tərəfindən hava gəmisi qalıqlarının kor zədələrində olan kənar obyektlər əlavə məhkəmə ekspertizasına göndərilmək üçün aşkarlanaraq götürülüb.
“Kor zədələr müəyyən olunan yerdən çoxlu sayda kənar obyektlər götürülüb. Dəlib keçən zədələrin mənbəyini və xarakterini müəyyən etmək üçün lazımi araşdırma və ekspertiza aparılacaq”, - deyə hesabatda bildirilir.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












