AZAL məsələyə aydınlıq gətirdi

Fransada "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsinin qəzaya düşməsindən sonra yeni bir məsələ gündəmə gəlib. Qəzanı ikinci pilotun törətməsinə dair açıqlamalardan sonra bəzi avia şirkətlər qaydaları dəyişib. Dəyişikliyə görə, kabinədə iki əsas və bir köməkçi pilot olacaq. Bu yeni dəyişiklik bəzi ölkələrdə artıq uzun müddətdir tətbiq olunur. Belə ki, ABŞ-da "Airbus" təyyarələrində iki əsas pilotun olması məcburidir. Təyyarədə təhlükəsizliyi təmin etmək məqsədilə əlavə pilotun cəlb edilməsi məsələsinə Azərbaycan Hava Yollarından (AZAL) da münasibət bildirilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli anspress-ə bildirib ki, AZAL-ın "Airbus" təyyarələrini iki pilot idarə edir. QSC rəsmisi təyyarəyə əlavə pilotun cəlb edilməsinin hələlik nəzərdə tutulmadığını söyləyib.
Xatırladaq ki, Almaniyaya aid "Airbus A320" tipli sərnişin təyyarəsi martın 24-də Fransanın cənubunda qəzaya uğrayıb. Qəza nəticəsində 150 sərnişin həlak olub.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












