“AZAL-Miles” proqramının iştirakçılarının bonus xallarının etibarlılıq müddətini uzadacaq

COVID-19 koronovirus infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini ən azı bu ilin sonunadək uzadacaq. Avtosfer.az xəbər verir ki, ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin yanvarın 1-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum elit səviyyələrinin status ballarına şamil olunur.
Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcəkdir.
"AZAL-Miles" - “Azərbaycan Hava Yolları” QSC-nin tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra Gold və Platinum statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və s. kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilmişdir: www.miles.azal.az. “AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












