AZAL: Öncədən satılan biletlərin hər biri geri qaytarılacaq

"Koronavirus infeksiyasının yayılması nəticəsində yaranmış vəziyyətlə bağlı bilet satışları dayandırılıb. Öncədən satılmış biletlərin hər biri geri qaytarılacaq. Onların qiymətləri, xərcləri alan sərnişinlərə geri ödəniləcək".
Avtosfer.az "Report" -a istinadən xəbər verir ki, bu sözləri ATV-nin efirində "ATV Aktual" verilişində qonaq olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov deyib.
"Bu gün kassaların qarşısında sıxlıq yaşanır. Sərnişinlərə tövsiyə edərdim ki, bileti olan şəxslər biletlərini onlayn şəkildə geri qaytarsınlar. Həmin sərnişinləri bir çoxu biletləri onlayn əldə ediblər. İndi də həmin qaydada evdə oturaraq, onlayn şəkildə biletləri geri qaytarıb xərclərini geri götürə bilərlər. Belə olan halda həm evdə olarlar, həm də kassaların qarşısında sıxlıq yaranmaz", - deyə İ.Əmirov qeyd edib.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılması səbəbilə AZAL bir sıra istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












