AZAL yeni texnologiyaya keçdi - FOTO

“Amadeus” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə icraçı vitse-prezidenti Maher Kubaanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir. Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. AZAL prezidenti Cahangir Əsgərovilə görüşdə Azərbaycanın Milli aviadaşıyıcısı tərəfindən yeni “Amadeus Altéa Passenger Services Systems” (PSS) həllinin uğurlu inteqrasiyası müzakirə edilib. Bu qərar AZAL aviaşirkətinə sərnişin xidmətlərini fərdiləşdirməyə kömək edəcək, bronlaşdırma sisteminin, uçuşa nəzarətin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.
“Altéa”nın üstünlüklərini həmçinin aviaşirkətin agentləri tərəfindən hiss ediləcək. İndividual sərnişin hesablarının (PNR) mərkəzləşdirilmiş şəkildə saxlanması sayəsində inventarlaşdırma və bronlaşdırmanın idarə olunmasının keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.
"Biz aviasiya sahəsində IT həllərin aparıcı təchizatçısı– “Amadeus” ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yeni “Altea PSS” sisteminə keçid AZAL-ın sərnişinlərinə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək", - Cahangir Əsgərov qeyd edib.
Cahangir Əsgərovun sözlərinə görə, müəyyən müddət ərzində yeni sistemə keçidlə əlaqədar sərnişinlər biletlərin onlayn bronlaşdırılması zamanı bir sıra çətinliklərlə üzləşmişdirlər. Lakin bu gün sistem uğurla fəaliyyət göstərir və demək olar ki, bütün məsələlər öz həllini tapıb.
“Amadeus Altea PSS həllərini tətbiq etmək ilə AZAL müştərilərinə daha yüksək səviyyədə xidmət göstərəcəkdir. “Altéa”nın arasıkəsilməz texnoloji həlləri sayəsində ölkənin flaqman aviadaşıyıcısı Azərbaycanda hava səyahətinə artan tələbatı maksimal dərəcədə dəstəkləyə biləcək", - Maher Kubaa qeyd edib.
Qeyd edək ki, “Amadeus” həlləri həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda geniş istifadə olunur. Paytaxtın hava limanı ötən yay “Amadeus”un ən yeni həllərini tətbiq edərək dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub.
Gültən Qədirli
“Azərbaycan Hava Yolları” (AZAL) iriaviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2019-cu ildə “Azərbaycan Hava Yolları”və onun struktur bölməsi olan“Buta Airways” aşağıbüdcəli aviaşirkəti birlikdə 2 milyon 600mindən çox sərnişin daşımışdır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












