AZAL yenidən vətəndaşlara müraciət etdi

Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.
Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir.
“Azərbaycan Hava Yolları”, həmçinin provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.
Namiq Musayev
Prezident həmkarları ilə qolf oynadı - FOTOLAR
Azərbaycanda yük maşını və avtobus yığımı bazara necə təsir edəcək? - İQTİSADÇI
Dronlardan istifadə ilə bağlı yeni qaydalar nələrdir? – Deputat AÇIQLADI
“ChatGPT” kütləvi qırğın silahı hazırlamağın yollarını öyrədir
Azərbaycanın strateji rolu artır: Orta Dəhlizlə Böyük Britaniyaya yeni marşrut
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Emin tıxac yaradan sürücüyə kömək etdi, sonra irad bildirdi - VİDEO
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
Təcili yardım maşının arxasınca irəlilədi, kameraya düşdü - 75-CB-743 - VİDEO
Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar
Dəbdəbəli ad günü, bahalı avtomobillər: 25 yaşlı "hamlet800" kimdir?










