Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.
Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub.
Azərbaycandan böyük miqdarda yardım gəldiyini deyən TÜİB sədri bildirib ki, hazırda ölkəmiz Türkiyənin zəlzələ baş verən bütün bölgələrinə dəstək vermək əzmindədir: “Hazırda biz Adıyamanda 1 000 konteynerlik şəhər quracağıq. Azərbaycandan gələn TIR-ları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Adıyamandakı mərkəzinə aparırıq”.
H.Büyükfırat deyib ki, konteyner şəhərində bütün sosial təminat qurulacaq: “Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Kahramanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılacaq”.
Adıyamana 4, Kahramanmaraşa isə 20-yə yaxın TIR-la yardım çatdırdıqlarını vurğulayan TÜİB sədri Azərbaycandan gələn yardımların Türkiyənin Azərbaycandakı Səfirliyinin koordinasiyası ilə göndərildiyini qeyd edib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












