"Azərbaycan avtomobil bazarında güclü qiymət artımı gözlənilmir " -RƏY

Bu il Azərbaycana 10.717 ədəd minik avtomobili idxal edilib. Ancaq bu gün Avropada avtomobil istehsalında kəskin azalma müşahidə edilir. "Volkswagen" konserni və onun törəmələri fabriklərinin əksəriyyətini müvəqqəti bağlayırlar. Avtomobil nəhəngləri "Daimler", "Groupe PSA" və "Renault" da işlərini dayandırıb. Avtomobil istehsalçılarının fəaliyyətlərinin dayandırması bazara necə təsir göstərəcək?
Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, istehsalın dayanması avtomobil bazarında hər hansı yolla öz təsirini gösətərəcək: "Düzdür, bu tendensiya Azərbaycan kimi ölkələrə o qədər də təsir etmir. Çünki hazırda daha çox ikinci əl avtomobillər dövriyyədədir. Ən çox ikinci əl avtomobillər alınıb-satılır. Qiymət artımı hələlik bizim hiss edəcəyimiz səviyyədə deyil. Amma yeni avtomobil alanlar və sifariş edənlər də var. Onların yaxın zamanda qiymət artımını hiss edəcəyi qaçılmazdır. Hazırda istehsalın dayandırılması koronavirusla bağlıdır. Ola bilər ki, yaxın zamanlarda istehsal prosesi bərpa edillsin. Məhz buna görə də düşünmürəm ki, dəhşətli qiymət artımı olsun və qiymətlər kəllə-çarxa qalxsın. Çünki avtomobil istehsalçıları başa düşürlər ki, hazırda avtomobil insanların maraq dairəsində ən sonuncu yerdədir. İnsanlar maksimum dərəcədə sağlamlıqlarını qorumaqdadır. Hazırda hədsiz avtomobil həvəskarları yoxdur ki, heç bir bir çətinliyə baxmayaraq ancaq avtomobil barəsində düşünsünlər. Bu tək-tük hallarda ola bilər. Ümumillikdə isə istehsalçılar anlayır ki, insanların tələbi olarsa qiymət artımı mümkündür. Bu gün tələb o dərəcədə deyil. Azərbaycan kimi ölkələr hazırda ikinci əl avtomobillə kifayətlənirlər. Onların rüsumları və qiymətləri də bəllidir. Elə bir artım müşahidə olunmur. Təbii ki, bazar sərbəstdir. Bazarı bəzi dəllalar idarə edir. Onlar tamaha düşərlərsə, artım müşahidə olunacaq".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











