Azərbaycan bu təyyarələrdən Qarabağda yararlana bilər - Polkovnik

“Hazırda Azərbaycan ordusuna silah satmaq istəyən bir neçə dövlətin müraciəti gündəmdədir”. Bunu Azərbaycanın Türkiyədən alacağı gözlənən “Bayraktar TB2” silahlı pilotsuz uçan aparatlar haqqında danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O qeyd edib ki, Türkiyənin istehsalına başladığı yeni nəsil uçuş aparatları antiterror əməliyyatlarında uğurla sınaqdan keçirilib: “Azərbaycan Türkiyə ilə bərabər, İsrail və digər ölkələrdən də pilotsuz uçuş aparatları alır. Bu aparataların perspektivi genişdir. Hər hansı hədəfi dəqiqliklə vura, müxtəlif çətinliklərdə əməliyyatları yerinə yetirə bilir. Hazırkı vəziyyətdə təyyarədən daha ucuz başa gələn, buna baxmayaraq daha çox funksiyanı yerinə yetirə bilən aparatlardır.
Azərbaycan ordusunun gələcəkdə Dağlıq Qarabağda kəskin iqlim dəyişikliyinin müşahidə olunduğu meşə və dağlıq ərazilərdə bu aparatların imkanlarından yararlana bilər. Hazırda hər kəs bilir ki, işğal altında olan torpaqlarımızın qaytarılması üçün güc variantından başqa çıxış yolumuz yoxdur. Ona görə, cəmiyyət də, ordu da hər zaman müharibəyə hazır dayanıb. Qardaş ölkədən alacağımız keyfiyyətli və müasir pilotsuz uçan aparatları anti-terror əməliyyatlarında səmərəli istifadə edə biləcəyik”. (Modern.az)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












