"Azərbaycan Dəmir Yolları" qar yağması ilə əlaqədar əlavə tədbirlər planı həyata keçirir

Ölkədə qar yağması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC-ni müəssisələrində əlavə tədbirlər planı həyata keçirilir.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına uyğun olaraq 2022-ci ilin payız mövsümündən başlayaraq bütün təsərrüfatlara baxış keçirilib. Müvafiq texnikalar saz vəziyyətinə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatı ilə əlaqədar ADY-nin aidiyyəti müəssisələrinə xəbərdarlıq teleqramı göndərilib və əlavə tədbirlər planı həyata keçirilməkdədir. Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.
Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












