“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli iclas keçirilib

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, dövlət başçısının rəhbərliyi və dəstəyi ilə son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunaraq ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, həmçinin “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.
“Asiya İnkişaf Bankı” ilə instusional islahatlar sahəsində aparılmış əməkdaşlıq çərçivəsində fəaliyyətə əsaslanan korporativ və insan resursları idarəedilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya istiqamətində layihələr, maliyyə sisteminin müasir tələblərə uyğun qurulması, borcların restrukturizasiyası və digər məsələlərlə bağlı bir sıra işlər yerinə yetirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı cənab İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC 2030” yeni strategiyasının hazırlanması üçün böyük təcrübəyə malik olan “McKinsey&Company” şirkəti ilə əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin surətləndirildiyi bildirilib.
İclasda COVID-19 pandemiyasının dünya dəmir yolları şəbəkəsinə, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinə təsirindən söhbət açılıb. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə pandemiyanın yaratdığı çətin şəraitə baxmayaraq, ötən ilin birinci yarısı ilə müqayisədə yük daşımalarında artımın müşahidə olunduğu bildirilərək, ölkənin tranzit şəbəkəyə çevrilməsi istiqamətində səylərin bundan sonra daha sürətlə davam etdiriləcəyi vurğulanıb.



Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












