“Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyasından oğurluq edən şəxs saxlanılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Hövsan 1” stansiyasının ərazisindən dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Suraxanı rayonunda yerləşən “Hövsan 1” stansiyasının ərazisindən hər birinin uzunluğu 2 metr olan dəmir məhəccərlər naməlum şəraitdə oğurlanıb.
Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olan kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində dəmir məhəccərlərin Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Hacıyev tərəfindən törədildiyi məlum olub. Saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, A.Hacıyev oğurladığı dəmir məhəccərləri metal qəbul məntəqələrindən birinə dəyər-dəyməzinə satıb.
Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












