Azərbaycan ilə İran birgə logistika mərkəzi yaradacaqlar
Gündəm
8 İyun 2020 00:38

Dəmir yolu xəttinin çəkilişi də Azərbaycan tərəfi ilə müzakirə edilib
Azərbaycan Respublikası ilə İran Ərdəbil vilayətində müştərək sənaye şəhərciyi ilə yanaşı, logistika mərkəzi də yaradacaqlar. Bu sözləri Ərdəbil vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan deyib. O bildirib ki, bununla yanaşı Ərdəbil-Parsabad dəmir yolu xəttinin çəkilişi də Azərbaycan tərəfi ilə müzakirə edilib. Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar də bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan Respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycanın Baş Nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın İqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd ilə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub.
Azərtac
Oxunub : 1872
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 21:55
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
30 Sentyabr 2026 21:00
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
30 Sentyabr 2026 18:54
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
30 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
30 Sentyabr 2026 16:41
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
30 Sentyabr 2026 16:00
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
30 Sentyabr 2026 12:48
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ











