Azərbaycan, İran və Türkiyə tranzit yüklərin daşınmasını davam etdirəcək

İran prezidentinin köməkçisi Mahmud Vaezi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Türkiyənin ticarət naziri Ruhsar Pekcan mövcud şəraitdə koronavirusun yayılması ilə əlaqədar qarşılıqlı ticarətin təşviq olunması yollarını müzakirə ediblər.
Avtosfer.az xəbər verir ki, “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı tərəflər ölkələr arasında yüklərin dəmir yolu, dəniz və quru yolu ilə daşınması ilə əlaqədar yaranan problemlərin həllinin sürətləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.
Onlar yaranmış problemlərin dərhal aradan qaldırılması və müəyyənləşdirilmiş tibbi protokol əsasında ticarət və tranzit daşımalarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Həmçinin Azərbaycanın Baş nazirinin müavini və İran rəsmisi Türkmənistan sərhəddində qalan İran markalı yük avtomobillərin problemlərindən danışıblar.
Bundan başqa, İran və Türkiyə rəsmiləri Türkiyə-Bolqarıstan sərhədində saxlanılan tez xarab olan malları daşıyan yük avtomobillərin cənuba Mersin limanına yönəldilməsi imkanlarını müzakirə ediblər.
Tərəflər sağlamlıq və gigiyena protokoluna uyğun olaraq, tez xarab olan malları daşıyan yük maşınlarının üzləşdiyi problemlərin həll edilməsi və ölkələr arasında malların daşınmasının davam etdirilməsi barədə razılığa gəliblər.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












