Azərbaycan klubunun qəzaya düşən idman direktorunun sağlamlıq durumu AÇIQLANDI

Futbol üzrə Azərbaycanın I Divizionunda “Şamaxı-2” ilə oyun üçün Şamaxıya gedərkən qəzaya düşən “Mingəçevir” klubunun idman direktoru Zaur Qarayevin vəziyyəti yaxşıdır. Öncə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılan, daha sonra Bakıya göndərilən klub rəsmisinin səhhəti ilə bağlı ciddi problem yoxdur.
“Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımov oxu.az saytına açıqlamasında onun bir həftə həkim nəzarətində qalacağını söylədi:
“Zaur Qarayevin vəziyyəti yaxşıdır. Hazırda reanimasiyada, həkim nəzarətindədir. Aşağı ətraflarında, çanaq sümüyündə çıxıq var. Bir həftə nəzarətdə qalacaq. Başqa problem olub-olmadığı müəyyən ediləndən sonra dəqiq məlumat veriləcək. Bu gün artıq onunla görüşə biləcəyik. Ailəsi ilə də daim əlaqədəyik. Həkimlərin dediyinə görə, problem yoxdur”.
Xatırladaq ki, dünən saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes-Benz” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtobusda I Divizionda mübarizə aparan “Mingəçevir” klubunun rəsmiləri və futbolçuları olublar. Onların arasında yalnız Zaur Qarayev ciddi xəsarət alıb.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












