Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan mediasının fəaliyyəti yüksək qiymətləndirilib.
“Globalinfo.az” saytının baş direktoru Azər Ayxan Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qısa müddətdə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi dünya ictimaiyyətinin diqqətini cəlb edir.

O qeyd edib ki, BMT-nin mötəbər tədbiri olan WUF13 həm də ona görə diqqət çəkir ki, cəmi ilyarım əvvəl Azərbaycanda COP29 keçirilib və həmin tədbir beynəlxalq miqyasda böyük rezonans doğurub. Onun sözlərinə görə, Azərbaycanın gənc dövlət olmasına baxmayaraq, belə nüfuzlu və genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etməsi dünyanın aparıcı ölkələri üçün həm maraq doğurur, həm də nümunə kimi qiymətləndirilir.
Azər Ayxan Azərbaycan mediasının WUF13 tədbirini işıqlandırmasını da peşəkarlıq nümunəsi kimi dəyərləndirib. O bildirib ki, televiziya kanalları, onlayn media resursları və informasiya agentlikləri beynəlxalq standartlara uyğun fəaliyyət ortaya qoyurlar.
Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan mediası artıq dünya siyasi proseslərinə təsir göstərə biləcək gücə malikdir. Onun fikrincə, həm Azərbaycan mediasının fəaliyyəti, həm də müxtəlif ölkələrdən verilən reaksiyalar göstərir ki, yerli media artıq geosiyasi, ictimai və beynəlxalq proseslərə təsir edə bilən mühüm platformaya çevrilib.
Azər Ayxan əlavə edib ki, Azərbaycanın gələcəkdə də bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi media nümayəndələrinin təcrübəsinin daha da artmasına şərait yaradacaq. O, bütün media nümayəndələrinə və həmkarlarına uğurlar arzulayaraq, onların hazırladıqları materialların ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verməsini arzulayıb.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












