Azərbaycan polisi aztəminatlı ailələrə dəstək olmaqda davam edir – FOTO + VİDEO

Xüsusi karantin rejimi dövründə gücləndirilmiş rejimdə xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti bu müddət ərzində öz nəcib və xeyirxah əməllərindən də geri qalmır. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmişə qayğıya ehtiyacı olan insanların yanında olan Azərbaycan polisi koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqda davam edir. Bu dəfə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları rayon ərazisində maddi dəstəyə ehtiyacı olan 100 aztəminatlı ailənin gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.
Namiq Musayev





Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












