Azərbaycan polisinə təşəkkür

Dünən axşam Bakıda ümummilli həmrəylik nümayiş olundu. İşğalla barışmayan və vətən müharibəsində dövlətə hər cür dəstək göstərməyə hazır olan minlərlə vətənpərvərlər küçə yürüşləri edərək ordumuza və dövlətimizə dəstək nümayiş elətdirdi. Bu olduqca qürurverici idi və bir daha xalq- Ali Baş Komandan- Azərbaycan ordusu birliyinin bariz nümunəsi idi. Lakin içimdə bir narahatlıq vardı. Sanki hiss edirdim ki, bu döyüşmək əzmi ilə çağlayan, dövlətinə, prezidentinə sadiqlik, həmrəylik nümayiş etdirən bu gənc kütlənin içərisində müəyyən təxribatçı qüvvələr ola bilər sualı məni narahat edirdi.
Təəssüf ki, narahatlığım yürüş və mitinq başa çatdıqdan sonra azacıq da olsa özünü doğrultdu. Heç demə içimizdəki düşmənlər insanların küçəyə çıxmasını, mitinq keçirtməyini hansı məqsədlə olur-olsun onlar üçün fərqi olmadan bu məqamı gözləyirdilər. Lakin pis niyyətli, radikal meylli insanlar kütlənin bir hissəsinin dağılışmasının mane olaraq onları parlament binasının qarşısında qalmağa, sonra həmin kütləni parlamentin binasına zorla daxil olmağa və dövlət əleyhinə çağırışlar etməyə təhrik etdilər. Bu məqsədlərinə azacıq da olsa nail oldular. Başqa radikal qüvvələr isə iğtişaş yaratmağa cəhdlər edir, vətəndaşları polisə qarşı güc tətbiq etməyə çağırırdılar.
Biz bu cür iştişaşların, hərc-mərcliyin Azərbaycan tarixində bir neçə dəfə baş verdiyinin şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, belə iğtişaşlardan sonra Azərbaycan dövləti hansı çətinliklərlə üz-üzə qalıb. Odur ki nəyin bahasına olursa-olsun hərc-mərcliyə, iğtişaların baş verməsinə imkan vermək olmaz. Bu gün hamı Azərbaycan ordusu Ali Baş Komandanla birlik nümayiş etdirdiyi bir vaxtda dağıdıcı qüvvələr öz çirkin niyyətləti ilə sərhədlərimizə hücuma keçmiş ermənilərə dəstək verməklə məşğul olmağa can atırdılar. Çox yaxşı ki onların bu arzuları ürəklərində qaldı. Çox qısa zaman kəsiyində Azərbaycan polisi və digər güc strukturları bu ixtişaşı yatırda bildi.
Qeyd etmək istəyirəm ki, yürüş başladığı andan ixtişaş törədilən ana qədər Azərbaycan polisi olduqca təmkinli, peşəkərcasına, səbrlə bu aksiyanı müşaiət etdi. Lakin aksiya dağıldıqdan sonra müəyyən qüvvələrin təxribattörədici əməllərinə qarşı polis “dağılışın” təklifləri verməklə bu emosional insanları sakitləşdirməyə, son ana qədər təmkin göstərməyə çalışdılar. Radikalların isə qanunazidd əməllərinə qarşı olduqca çevik və operativ reaksiya verərək onları qısa zaman kəsiyində hadisə yerindən uzaqlaşdırdılar. Müəyyən təxribatçı şəxsləri saxladılar. Hazırki durumda qəlbimizlə bun gün Azərbaycan ordusunun yanında olduğumuz zamanda ölkə daxilində iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağa yönələn hərəkətlər yolverilməzdir. Azərbaycan polisinə təşəkkür edirəm ki, dünən baş verə biləcək bu cür təxribatçı hərəkətlərin qarşısını olduqca çevik və professionallıqla aldılar. Bu cür hərəkətlərə yol vermək olmaz. Lazım gələrsə Ali Baş Komandanın əmri və çağırışı ilə hamılıqla sərhəddə və səngərdə olmağa hazırıq.
Bir nüansı da qeyd etmək istəyirəm ki, 4 aydan çoxdur küçələrdə havaların soyuq və isti olmasına baxmayaraq, təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarına radikallar tərəfindən müqavimət göstərmək, onlara qarşı qanunazidd hərəkətlərə çağırışlar etmək bizi istəməyən yalnızdüşmənlərin maraqlarına xidmət edir.
Çingiz Qənizadə Demokratiya və İnsan Haqları komitəsinin sədri, hüquq üzrə fıəlsəfə doktoru
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










