Banner

Azərbaycan Prezidenti Tacikistana dövlət səfərinə gedib

Gündəm 5 Aprel 2023 12:00 Oxunub 722
Azərbaycan Prezidenti Tacikistana dövlət səfərinə gedib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Avtosfer.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh