Azərbaycan sərhədində SİLAHLI İNSİDENT - FOTO

Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, aprel ayının 11-də saat 22:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı iki nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.
Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış iki ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”, 8 kiloqram 480 qram “marixuana”, 0,60 qram “metamfetamin”) bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd “metadon-40” dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












