Azərbaycan-Türkiyə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib - VİDEO

Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər.
Əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, qoşunların yerləşdirilməsi, eləcə də mərhələlər üzrə icra olunan tapşırıqlar barədə brifinq təqdim edilib. Təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə olunduqdan sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirib.
Birgə təlimlərin birinci mərhələsinin son epizodu müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.
Sonda Azərbaycan və Türkiyə hərbi marşlarından ibarət musiqi proqramı nümayəndə heyətləri və təlim iştirakçılarına təqdim olunub.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












