Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

Azərbaycan bu il sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində iştirak edəcək.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda çıxışı zamanı deyib.
S.Məmmədov bildirib ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.
“Azərbaycan poçt sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, bu istiqamətdə ikitərəfli və çoxtərəfli təşəbbüslərdə fəal iştirak edir”, - deyə nazir müavini qeyd edib.
Bundan başqa, o deyib ki, “Azərpoçt”un əsas biznesinin genişləndirilməsi – kuryer, ekspres və bağlama xidmətlərinin inkişafı, eləcə də yeni maliyyə və logistika xidmətlərinin tətbiqi nəzərdə tutulur.
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












