Azərbaycanın sürücülük vəsiqəsi bu ölkələrdə tanınacaq

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.
Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir.
Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirə salınmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












