Azərbaycan və Qazaxıstan avtomobil nəqliyyatı üzrə komissiyanın iclasını keçirəcək

Azərbaycan və Qazaxıstan 2026-cı ilin birinci rübündə avtomobil nəqliyyatı üzrə qarışıq komissiyanın iclasını keçirəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında məlum olub. "Tərəflər beynəlxalq avtomobil daşımaları ilə bağlı elektron icazələrin (e-Permit) mübadiləsinə başlanılması, 2026-cı ilin birinci rübündə avtomobil daşımaları üzrə qarışıq komissiyanın iclasının keçirilməsi və Digital Trade Corridor və Digital Logistics Platform sistemlərinin inteqrasiyası vasitəsilə logistikanın rəqəmsallaşdırılmasının davam etdirilməsi ilə bağlı razılığa gəliblər", - məlumatda bildirilib. Bundan başqa, hər iki tərəf Qazaxıstan və Azərbaycanın liman infrastrukturunun inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında birbaşa aviareylərin sayının artırılmasını müzakirə edib. Gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır: artıq Xəzər dənizi üçün yeni konteyner gəmilərinin tikintisi həyata keçirilir, həmçinin Qazaxıstana aid materiallar və texnologiyalardan istifadə edərək bərələrin və digər gəmi növlərinin istehsalı üzrə layihələr hazırlanır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












