Azərbaycan və Rusiya dəmir yolları ilə yükdaşımaları 32% artırıb

“Azərbaycan Dəmir Yolları” QSC-də Rusiyanın Rostov vilayətinin İqtisadi İnkişaf naziri Maksim Papuşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Avtosfer.az-ın məlumatına görə “Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətin sədri Cavid Qurbanov Rusiya ilə dəmir yolu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də söhbət açılıb. Cavid Qurbanov ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu deyib. 2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmində 30 faizdən çox artımın qeydə alındığını diqqətə çatdırıb.
Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 2019-cu ildə 6,24 milyon ton, 2018-ci ildə 4,744 milyon ton, 2017-ci ildə isə 4,774 milyon ton yük daşınıb. Beləliklə, 2019-cu ildə iki ölkə arasında yük mübadiləsi 2018-ci illə müqayisədə 31,5%, 2017-ci illə müqayisədə isə 30,7% artıb.
C.Qurbanov ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında da məlumat verib.
M.Papuşenko Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin hər iki ölkənin tranzit potensialının artırılmasında mühüm rolunu qeyd edib. Vilayətin iqtisadi imkanlarından söhbət açan nazir beynəlxalq nəqliyyat marşrutları vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınmasında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Rusiyanın Rostov şəhərində yerləşən Cənub Universitetinin (İdarəetmə, Biznes və Hüquq İnstitutu) rektoru, professor İmran Əkbərov humanitar sahədə əməkdaşlıq məsələlərindən danışıb.
Sonra tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










