Azərbaycan xarici ölkələrin konteyner terminallarından istifadə edə bilər - VİDEO

“Yeni marşrutlar üzrə multimodal yükdaşıma texnologiyalarının işlənməsi, logistika məhsullarının hazırlanması, test qatarların buraxılması, blok qatarların təşkili kimi mürəkkəb logistik məsələlərin birgə həlli məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkətləri - “ADY Konteyner” və “ADY Ekspress” MMC-lər bir çox ölkələrin, o cümlədən İtaliya, Macarıstan, Çexiya və Yaponiyanın nəqliyyat-logistika şirkətləri ilə danışıqlar aparır”.
Bu barədə "Report"a müsahibəsində ADY-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib.
Onun sözlərinə görə, ölkəmizin tranzit imkanlarının artırılması baxımından daha çox maraq kəsb edən Orta Dəhliz boyu mövqelərimizi gücləndirmək və bu marşrut boyu təchizat zəncirini tamamlamaq məqsədilə Çinin Qaşqar şəhərində və Çexiyada konteyner terminalına sahib olma və yaxud terminaldan birgə istifadə məsələsi qısamüddətli dönəmdə nəzərdən keçirilir.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda dəmir yolu ilə konteyner daşımaları 2018-ci ilə nisbətən 56% artıb. 2020-ci ildə isə artımın 50%-dən çox olacağı proqnozlaşdırılır.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










