Azərbaycana avtomobil idxalı 26% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 19 678 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,2% çoxdur.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 18 425 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 30% çoxdur.
Bundan başqa, bu ilin ilk beş ayında ölkəyə 1 114 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 71 ədəd (artım 1 ədəd) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 68 ədəd (3 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkəyə 1 771 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 81 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Ümumi olaraq, yanvar-may aylarında avtomobil idxalının dəyəri 241 332,98 min ABŞ dolları təşkil edib.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












